AZ

“15 İyul Yaddaş” muzeyinin rəsmisi: Xalqımız çevriliş cəhdinin qarşınısı tankın qarşısında dayanaraq aldı

Türk xalqları ölkələrini qorumaq üçün birlikdə mübarizə aparmalı, həll yolunu Qərbdə axtarmamalıdır.

Bunu “Report”a açıqlamasında “15 İyul Yaddaş” muzeyinin rəsmisi, sənət tarixçisi Muhammet Yıldız deyib.

O qeyd edib ki, iyulun 15-də Türkiyədə xaincə çevrilişə cəhd olunsa da, xalq tank qarşısına keçərək terrorçuları məğlub etdi:

“Müxtəlif dövrlərdə bəzi qüvvələr hakimiyyəti ələ keçirmək üçün bu kimi cəhdlər edirlər. Ancaq xalqımız tankın qarşısında dayanaraq Türkiyədə bu cəhdin qarşısını aldı. Azərbaycan hər məsələdə olduğu kimi çevriliş zamanı da Türkiyəyə dəstək oldu. İki ölkənin hər məsələdə birgə müqaviməti və mübarizəsi mövcuddur. Şəxsi baxışım ondan ibarətdir ki, xüsusilə xalqı müsəlman olan ölkələr bu kimi çevriliş cəhdlərinə qarşı necə mübarizə aparacaqları mövzusunda fikir mübadiləsi aparmalıdırlar. Yoxsa Qərb qarşısında təklənərik”.

Seçilən
31
report.az

1Mənbələr