AZ

İsrail QƏRAR VERDİ: Hücumlar davam edəcək

Bu gün İsrail ordusu Suriyanın cənubunda, xüsusilə Suveyda şəhəri ətrafındakı hökumət qüvvələrinə məxsus mövqelərə hava hücumlarını davam etdirəcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, ordunun rəsmi sosial media hesabında yayımlanan məlumatda son saatlarda Suriya ordusunun bölgədə hərəkət edən zirehli texnikasının hədəfə alınaraq məhv edildiyi bildirilib.

Vurulan zirehli maşınların ağır pulemyotlar və digər silahlarla təchiz olunduğu, hədəf arasında atəş mövqeləri, silah anbarları və digər hərbi obyektlərin də olduğu qeyd olunur.

İsrail ordusu eyni zamanda bölgədəki mülki druz əhalisi ilə bağlı vəziyyəti yaxından izlədiyini və əməliyyatların İsrail hökumətinin göstərişləri əsasında davam etdirildiyini vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
5
konkret.az

1Mənbələr