Azərbaycan üçün də faydalı ola biləcək rəqəmsal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) paneli və tematik informasiya bülleteni hazırlanıb.
"Report" xəbər verir ki, bunu Rusiyanın Hesablama Palatasının auditoru Svetlana Orlova Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısında bildirib.
Onun sözlərinə görə, rəqəmsal DİM paneli Çinin məsuliyyəti ilə yaradılıb və burada toplanılan təcrübə digər ölkələrlə, o cümlədən Azərbaycanla paylaşa bilər: "Bu vasitələr DİM-ə nail olunmasında ölkələr üçün mühüm alətə çevrilə bilər”.
S.Orlova əlavə edib ki, ali audit orqanlarının institusional olaraq gücləndirilməsi vacibdir: "Çünki onların dövlətin resurslarına nəzarət funksiyası və ümumi potensialı çox yüksəkdir".