AZ

İraqda ticarət mərkəzində yanğında ölənlərin sayı 61-ə çatıb - YENİLƏNİB

İraqın Kut şəhərində yerləşən ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.

APA İraq Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, itkin düşən bir neçə nəfər hələ də tapılmayıb.

Baş verən yanğın zamanı ticarət mərkəzinində olanlardan 45 nəfər xilas edilib.

***

09:47

İraqda ticarət mərkəzində yanğında xeyli insan ölüb.

APA İraqın dövlət xəbər agentliyi INA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi İraqın Vasit əyalətində baş verib.

Əyalətin qubernatoru ilkin məlumata görə, yanğında 50 nəfərin öldüyünü bildirib.

Seçilən
66
4
apa.az

10Mənbələr