Bakının məşhur restoranlarından olan “Salam Baku”dan çıxan xanımların başına iş gəlib. Onlar soyğunçuluqla üzləşiblər.
Referans xəbər verir ki, restorana müştəri kimi gələn xanımlar çıxışda avtomobillərinə əyləşən zaman bir nəfər maşının arxa qapısını açaraq əl çantasını götürərək qaçıb. Çantanın sahibi olan xanım həmin şəxsin arxasınca qaçıb. Bu zaman diqqəti yayınan şəxs yıxılıb. Xanımın yaxınlaşdığını görən şəxs çantanı yerə ataraq hadisə yerindən uzaqlaşıb.
Araşdırma zamanı hadisəni törədən şəxsin 23 yaşlı Rəvan (ad şərtidir) olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən yaşadığı ünvanda saxlanılan Rəvan deyib ki, “Bolt”da kuryer işləyib. O, maddi imkanı zəif olduğu üçün bu yola əl atdığını deyib.
Bildirib ki, “Salam Baku” restoranına bir neçə dəfə kuryer kimi gələn zaman qərarlaşdırıb ki, çıxan müştərilərdən birinin çantasını götürərək pul əldə edə bilər.
Zərəçəkmiş xanım Rəvanı bağışlayıb. Rəvan da əməlindən peşman olduğunu deyib.
Məhkəmə Rəvan barəsində 2 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
/Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta