AZ

Radada Zelenski ilə deputat arasında söz savaşı - VİDEO

Ali Radada Ukrayna prezidenti Volodimir Zelenski ilə Petro Poroşenkonun müxalifətdə olan “Avropa Həmrəyliyi” fraksiyasından olan Ali Radanın deputatı Aleksey Qonçarenko arasında söz davası olub.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Belə ki, deputat prezidentdən hərbi qulluqçuların tərxis olunmasının olub-olmayacağı ilə bağlı sual verib. Zelenski  isə cavabında "Döyüşçülər Ukraynanın düşmənlərini məğlub edəndə vətənə qayıdacaqlar və Qonçarenko kimi döyüşçülər də cəbhədə onlara kömək edərək rotasiyaya layiqdirlər", - deyib. 

Bunun fonunda Qonçarenko Zelenskiyə "Sizin vicdanınız olmalıdır", - deyə ifadə işlədib. 

Seçilən
77
50
unikal.az

10Mənbələr