AZ

Azərbaycan tomat satışından 253 milyon manat gəlir əldə edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 134 min 375.69 ton tomat ixrac edib. 

Valyuta.az-ın məlumatına görə, bu dövrdə ölkə tomat satışından 149 milyon 26 min 320 ABŞ dolları məbləğində gəlir əldə edib. 

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac göstəricilərində artım müşahidə olunub. 2024-cü ilin ilk altı ayında Azərbaycan 114 min 246,89 ton tomat ixrac etmişdi. Beləliklə, cari ildə tomat ixracı 17,6 faiz və ya 20 min 128,8 ton artıb.  

Gəlir baxımından da müsbət dinamika qeydə alınıb. 2024-cü ilin ilk altı ayında tomat ixracından 136 milyon 949 min 630 ABŞ dolları gəlir əldə olunmuşdu. Bu isə 2025-ci ildə 12 milyon 76 min 690 ABŞ dolları və ya  8,8 faiz daha çox gəlir əldə edildiyini göstərir. 

Qeyd edək ki, tomat ixracı Azərbaycanın qeyri-neft sektoru üzrə əsas məhsulları sırasında yer almağa davam edir.

Mayya Hüseynova

Seçilən
96
valyuta.az

1Mənbələr