AZ

Azərbaycanda sahibsiz itlərin statistkası yoxdur - Fərid Mənsurovl

Yay aylarında küçələrdə sahibsiz küçə heyvanları daha aqressiv olurlar. Heyvanlar susuzluqdan əziyyət çəkirlər. Nəticədə, insanlara hücum edirlər. Hətta insanlar da həmin heyvanlara qarşı mərhəmətli olmurlar. Onlara zərər verirlər. 
Qeyd edək ki, Respublika üzrə 2025-ci ilin 6 ayı ərzində 22406 nəfərdə heyvan dişləməsi qeydə alınıb. Bu barədə Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova bildirib.

A.Qurbanova qeyd edib ki, heyvan dişləməsi, cırmaqlaması və tüpürcəklənməsi hadisələri barədə müraciət olduqda tibb müəssisəsi tərəfindən məlumat yaşayış üzrə ərazi Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinə verilir.

 Onun sözlərinə görə, hadisə qeydə alındıqda hadisənin baş verməsi barədə tam məlumat toplanılır, xəsarət almış şəxsin vaksinasiyaya cəlb olunması və kursu vaxtında tamamlanması üzərində nəzarət aparılır:
“Eyni zamanda, heyvan üzərində nəzarətin təmin edilməsi üçün baytarlıq idarəsinə məlumat verilir. Respublika üzrə 2024-cü ilin 6 ayı ərzində 20528 heyvan dişləməsi qeydə alınıb, bunlardan 11313 hadisə məlum heyvanlar, 9215 hadisə naməlum heyvanlar tərəfindən xəsarət alanlar olub. 2025-ci ilin müvafiq dövrü ərzində heyvan dişləməsinə məruz qalanların sayı 1878 nəfər artaraq, 22406 nəfər olub, bunlardan 12101 məlum, 10305 naməlum heyvan tərəfindən qeydə alınan dişləmə hadisələridir. Qeydə alınan dişləmələr hadisələri, əsasən, itlər, pişiklər tərəfindən baş verib”.

A.Qurbanova qeyd edib ki, 2025-ci ilin 6 ayı ərzində 2024-cü ilin müvafiq dövrü ərzində olduğu kimi insanlar arasında quduzluq hadisəsi qeydə alınmayıb.

“Sherg.az” mövzunu davam etdirərək bu dəfə GWARP ( Good Word Animals Rescue &Protection) Beynəlxalq heyvanların mühafizəsi və xilası təşkilatının icraçı prezidenti və direktorlar şurasının üzvü Fərid Mansurovlə söhbətləşib. 

- Fərid bəy. Sizcə , sahibsiz küçə heyvanlarının yay aylarında aqressiv olmasının səbəbləri nələrdir? 

- İtlər  qışda da, yayda da insanların zorakılığından, rəhimsizliyindən, amansızlığından əziyyət çəkirlər. İnsanların vəhşi münasibətləri nəticəsində, itlərin də  özlərini müdafiə etməkdən başqa çarəsi qalmır. İnsanlar itləri daşlayırlar, incidirlər, döyürlər və itlər də insanlara hücum edirlər. Heyvanların  aqressiv olmasının səbəbi insanlardır. Bunun isə yay və qışla əlaqəsi yoxdur. İnsanlar itləri yaşadığı yerdə də rahat buraxmırlar. Bizim cəmiyyətdə hürən itə quduz deyirlər. İt nə etməlidir? Təbii ki, it hürməlidir və özünü müdafiə etməlidir.

- Bəs, insanları necə cəlb etmək olar ki, Türkiyədəki, başqa ölkələrdəki kimi insanlar yay aylarında sahibsiz heyvanlara su və yem versinlər?

- İnsan insan olduqda onu cəlb etmək lazım deyil ki, heyvanlara su versin. İnsanları uşaqlıqdan   insan olmağa öyrətmək lazımdır.  İnsan insan olanda o başa düşəcək ki, sahibsiz heyvana su , yem verilməlidir. O, insanın təbiətindən asılıdır. Hər bir sivil adam yay aylarında qapısına bir vedrə su qoymalıdır ki, sahibsiz heyvanlar gəlib sudan faydalansınlar. Hətta bizim dinimizə də uyğundur və insaniyyətdir. Özünü insan adlandıran küçədə yanğıdan əziyyət çəkən heyvan görəndə onun qarşısından keçə bilməz. Ona su verməlidir. İnsanlara məktəb vaxtından bunları öyrətmək lazımdır ki, heyvanlara qarşl mərhəmətli olunmalıdır. Belə olanda heyvan da insana zərər verməz və nəticədə aqressivləşməz. 

- Bəs küçələrdən sahibsiz heyvanları yığışdırmaq üçün dövlət hansı tədbirləri görməlidir?

-Hansı ölkədə küçədən sahibsiz heyvanları yığışdırıblar? Qərbi Avropa 20-ci əsrin ortasında küçədən itləri yığışdırırdılar. Hazırda müasir dünyada , Azərbaycan kimi ölkədə harada görülüb ki , kütləvi olaraq itlərin yığışdırılması ilə məşğul olsunlar. İtlərin küçələrdən yığışdırılması İranda olub belə bir tədbir İran da daş dövrün qalıb. Azərbaycan İrana bənziyəsi deyil. Azərbaycan sivil ölkələrə bənzəyir. Azərbaycan dövləti niyə küçədən itləri yığışdırmalıdır? Harada belə bir praktila var. Ölkəmizdə yüz minlərlə sahibsiz itlər var. Beynəlxalq qəbul olunan praktika var: küçə itləri müvafiq qurumlar tərəfindən (icra orqanları, icra hakimiyyəti, bələdiyyə, kənd təsərüffatı) sahibsiz itləri  toplayırlar,  qısırlaşdırırlar və quduzluq əleyhinə vaksin tətbiq edirlər. Sonra isə qurumlar həmin itləri götürdükləri yerə qaytarırlar. Bu itlər də dövlət tərəfindən mühafizə olunur. Azərbaycanda sahibsiz itlərin statistkası yoxdur. Biz hələ rəsmi statistka yaratmalıyıq ki, müvafiq qurumlar anlasınlar ki, sahibsiz itlərin sayı ilə bağlı problem var, ya yox. Yaşayış məntəqlərində çoxlu sahibsiz itlər görürük. Hara baxırsan zibilxana... İtlər də həmin zibilxanaların ətrafına yığışırlar. Əgər sahibsiz heyvanların sayı çox olsa, biz artıq ictimaiyyət, dövlət olaraq qərara gəlsək,  bəli, Azərbaycanda sahibsiz itlər problemi var. O zaman beynəlxalq təcrübələrdən faydalanmalıyıq. Azərbaycanda beynəlxalq təcrübələrin tətbiqi ilə İDEA İctimai Birliyi məşğuldur.

Sonda Fərid bəy bu mövzunu işıqlandırdığımız üçün öz təşəkkürlərini bildirdi. 

Kəmalə Vəliyeva
Seçilən
59
sherg.az

1Mənbələr