AZ

Sveyda şəhərində nəzarət tamamilə yerli silahlı qruplara keçib

BAKI, TurkicWorld

Suriya ordusu Sveyda şəhərindən tamamilə geri çəkilib, nəzarət yerli druz qüvvələrinə keçib.

TurkicWorld xəbər verir ki, Suriya ordusu dörd gün davam edən silahlı qarşıdurmalardan sonra Sveyda şəhərini tərk edib.

Şəhər mərkəzi hazırda tam şəkildə yerli druz qüvvələrinin nəzarətindədir. Hökumət qüvvələri ilə yerli silahlı qruplar arasında əldə edilən razılaşma nəticəsində atəşkəs əldə olunub.

Bildirilir ki, bölgədə hazırda nisbi sakitlik hökm sürür. Ordunun şəhəri tərk etməsi kadrlara da əks olunub.

Qeyd edək ki, iyulun 13-də Sveyda əyalətində druz qrupları ilə bədəvi ərəb qəbilələri arasında toqquşmalar başlamış, Suriya təhlükəsizlik qüvvələrinə hücumlar nəticəsində onlarla əsgər həlak olmuşdu. İsrailin sonrakı hücumları isə bölgədə vəziyyəti daha da gərginləşdirib.

Seçilən
6
turkic.world

1Mənbələr