AZ

Ukraynanın yeni Baş naziri seçilib

Ukraynanın müstəqillik tarixində ikinci dəfə qadın Baş nazir seçilib.

İyulun 17-də Ali Radanın plenar iclasında Yuliya Sviridenko namizədliyi təsdiqlənərək Baş nazir seçilib.

Y. Sviridenko buna qədər Ukraynanın iqtisadiyyat naziri olub. 39 yaşlı yeni Baş nazir əslən Çerniqov şəhərindəndir. Karyerasına Çerniqov vilayət administrasiyasından başlayıb.

İclasda Prezident Volodimir Zelenski də iştirak edib.

Müstəqil Ukraynanın tarixində ilk qadın Baş nazir Yuliya Timoşenko olub.
Seçilən
29
25
7news.az

10Mənbələr