AZ

Azərbaycan klubu iki əcnəbi həndbolçu transfer edib - EKSKLÜZİV

Bakı,17 iyul, AZƏRTAC

Qadın həndbolçulardan ibarət “Kür” komandası heyətinə iki yeni oyunçu cəlb edib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, serbiyalı Teodora Petkoviç və monteneqrolu Esma Muratoviç Mingəçevir təmsilçisinə keçiblər. Onlarla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Kür” komandası Avropa Kubokunun ikinci təsnifat mərhələsində Portuqaliyanın “San-Pedru-du-Sul” klubu ilə qarşılaşacaq. Bu raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də olacaq.

phrase_var_article.chosen
118
1
azertag.az

2phrase_var_article.sources