AZ

Rada təsdiqlədi: Ukraynanın yeni baş naziri kimdir?

Ukrayna Ali Radası Yuliya Sviridenkonu Ukraynanın baş naziri təyin edib.

Publika.az “RBC Ukrayna”ya istinadla xəbər verir ki, qərarı 262 xalq deputatı dəstəkləyib.

Beləliklə, Sviridenko müstəqil Ukrayna tarixində Nazirlər Kabinetinə rəhbərlik edən ikinci, son 15 ildə isə birinci qadın olub.

39 yaşlı yeni baş nazir Çerniqovdandır. O, məmur ailəsində anadan olub. KNTEU-nu fərqlənmə diplomu ilə bitirib və aspiranturada təhsil alıb. Almaniya və İsveçdə menecment kursları keçib. İngilis və Çin dillərini mükəmməl bilir.

O, karyerasına özəl sektorda başlayıb, sonradan Çerniqov vilayətində investisiya layihələrini idarə edib, Çerniqov Regional Dövlət Administrasiyasında işləyib və burada sədr səlahiyyətlərini icra edən vəzifəyə qədər yüksəlib.

Seçilən
7
2
publika.az

4Mənbələr