AZ

İstanbul valisi: FETÖ inanclı insanların duyğularını istismar edirdi

İstanbul, 17 iyul. TELEQRAF

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən media proqramı çərçivəsində xarici jurnalistlər İstanbul valiliyini ziyarət edib.

Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, ziyarətdə Türkiyənin 81 vilayətindən 81 yerli media nümayəndəsi və 41 ölkədən 120 beynəlxalq jurnalist olmaqla, ümumilikdə 200 media nümayəndəsi iştirak edib.

Ziyarət çərçivəsində İstanbul valisi Davut Gül qeyd edİb ki, 15 iyul xəyanət cəhdinin üzərindən 9 il keçib və bu cür önəmli tarixlərin dəyərləndirilməsi, zamana qarşı mübarizə aparmaqla yanaşı, həm də asan bir proses deyil: "Amma unutmamalıyıq ki, biz hamımız bu hadisənin Türkiyədə canlı şahidiyik.
Vətəndaşlarımızın və dövlət qurumlarımızın bu hadisəyə qarşı göstərdiyi qəhrəmanlıq ortadadır. FETÖ terror təşkilatının Türkiyə gündəmini necə əsarət altına almağa çalışdığını izah etmək istəyirəm. 1960-cı illərdən başlayaraq ölkəmizin dövlət xidmətindəki boşluqlardan istifadə edən bu təşkilat, dindar və mühafizəkar millətimizin etibarını istismar etdi. Onlar bu insanları alət kimi istifadə etməyə çalışdılar.

FETÖ terror təşkilatı, təhsil və pansionat strukturlarını ələ keçirərək, inanclı insanların dini duyğularını istismar etdi və bu yolla ciddi iqtisadi resurslar topladı. Bu sistem üzərindən dövlət qurumlarına sızaraq zamanla bəzi vəzifələrdə yüksəlişə nail oldular.

Dövlət strukturlarında möhkəmlənməyə başlayan bu qrup, xüsusilə hüquq-mühafizə orqanlarında və məhkəmə sistemində kritik mövqelərə yerləşərək, dostlarına qarşı kumpaslar quran ayrı bir cinayət şəbəkəsinə çevrildi. Təəssüf ki, bu qurumlar içərisində FETÖ-yə bağlı strukturların yerləşməsi ilə dövlət içində paralel bir sistem qurulmağa başlandı. Eyni zamanda, xarici ölkələrdə də özəl məktəblər açaraq, həmin ölkələrin gələcəyinə yön verəcək beyinləri öz ideologiyalarına uyğun şəkildə yetişdirməyə başladılar. Bu, təkcə Türkiyə üçün deyil, digər ölkələr üçün də təhlükə yaradan bir proses idi. Təhsil vasitəsilə başlayan bu struktur, müxtəlif sahələrdə öz təsir dairəsini genişləndirdi.

FETÖ, bir-birini bəsləyən və dəstəkləyən bir sistem quraraq iş adamlarından iqtisadi dəstək aldı. Bu fəaliyyətlər ilk baxışda fərq edilməsə də, dövlət və millət zamanla bu təhlükəni dərk etdi və lazımi tədbirlər görülməyə başlandı. Bunun nəticəsində 15 İyul gecəsi baş verdi.
Prezident Rəcəb Tayyib Ərdoğanın cəsarəti və liderliyi, xalq arasındakı nüfuzu və rəhbərliyə olan milli etimad nəticəsində çevriliş cəhdi uğursuz oldu".

Seçilən
57
5
teleqraf.com

8Mənbələr