
Ali Rada Yuliya Svırıdenkonun Ukraynanın yeni baş naziri təyin edilməsinə səs verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak öz “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, Sviridenkonun namizədliyini 262 deputat dəstəkləyib, 22 deputat əleyhinə səs verib, 26 deputat isə bitərəf qalıb.
Qeyd edək ki, 39 yaşlı Yuliya Sviridenko buna qədər Baş nazirin birinci müavini idi.