AZ

Evdə ən çox elektrik enerjisi sərf edən CİHAZ BUDUR

Elektrik xərclərinin artdığı dövrlərdə bir çox insan enerjiyə qənaət yollarını axtarır. Lakin əksəriyyətin düşündüyünün əksinə olaraq, əsas günahkar nə soyuducu, nə də paltaryuyan maşındır. Fransa Ekoloji Dəyişiklik Agentliyi (ADEME) və Fransız İstehlakçılar Birliyinin (UCE) hesabatına görə, evdə ən çox enerji sərf edən cihaz su qızdırıcısıdır.

News24.az xəbər verir ki, araşdırmaya əsasən, orta ölçülü (200 litrlik) bir su qızdırıcısı ildə təxminən 3200 kWh elektrik sərf edir. Bu isə soyuducudan 6 dəfə, paltaryuyan maşından isə 10 dəfə çox enerji deməkdir.

Mütəxəssislər elektrik xərclərini azaltmaq üçün su qızdırıcısından ehtiyac olduqda istifadə etməyi, su temperaturunu bir qədər azaltmağı və köhnə modelləri daha az enerji sərf edən yeni modellərlə əvəz etməyi tövsiyə edir.

Xeyrənsə Piriyeva

Seçilən
57
6
news24.az

8Mənbələr