AZ

Şuşadan Orta Asiyaya: İlham Əliyev və Berdiməhəmmədovun görüşü regionda nələri dəyişir?

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə son görüşü və Şuşaya səfəri, iki ölkə arasında mövcud olan tarixi, mədəni və siyasi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Bu hadisə, yalnız Azərbaycan-Türkmənistan münasibətlərində deyil, bütövlükdə Azərbaycanın Orta Asiya ilə əlaqələrinin strateji inkişafında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilməlidir.

Tarixi və Mədəni əlaqələr

Azərbaycan və Türkmənistan, hər iki xalqın kökləri və mədəniyyətləri qədim türk-mədəni irsinə bağlıdır. Bu ortaq tarix və dildə ifadə olunan yaxınlıq iki ölkə arasında təbii bir dostluq zəminini formalaşdırır. Xüsusilə, Sovet İttifaqı dövründən sonra müstəqilliklərini bərpa edən hər iki dövlət, milli dövlətçilik və suverenliyini möhkəmləndirmək istiqamətində çoxsaylı əməkdaşlıq nümunələri göstərmişdir. Şuşa kimi tarixi və mədəniyyət mərkəzinin qonaqlar üçün təqdim olunması bu ortaq irsin həm də gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Qarabağ Atı hədiyyəsi və siyasi mesaj

Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə etməsi sadəcə mədəni simvol deyil, həm də diplomatik mesajdır. Qarabağ atı Azərbaycanın mədəni kimliyinin və milli qürurunun rəmzidir. Bu hədiyyə vasitəsi ilə Azərbaycan, Türkmənistanla münasibətlərini yalnız iqtisadi və siyasi deyil, eyni zamanda mədəni müstəvidə də dərinləşdirməyə hazır olduğunu göstərir.

Şuşaya səfər və regional əhəmiyyəti

Seçilən
34
aznews.az

1Mənbələr