AZ

Rusiya Yaponiyaya nota verdi

Yaponiyanın Moskvadakı səfirliyinə cümə axşamı Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin ABŞ Silahlı Qüvvələrinin “Qətiyyətli Qüvvələr Sakit Okean”dakı genişmiqyaslı təlimlərində iştirakı ilə bağlı sərt etiraz edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İyulun 16-da ABŞ Silahlı Qüvvələrinin İyulun 9-dan avqustun 4-dək, o cümlədən Uzaq Şərq sərhədlərinə yaxın ərazidə yerləşən hərbi təlim bazalarında keçiriləcək genişmiqyaslı “Resolute Force Pacific” təlimlərində Hava Özünümüdafiə Qüvvələrinin iştirakı ilə bağlı Yaponiyanın Moskvadakı səfirliyinə sərt etiraz edilib”, - məlumatda deyilir.

Qeyd edilib ki, Rusiya silahlı münaqişəyə hazırlığın bütün əlamətlərini özündə əks etdirən belə məsuliyyətsiz fəaliyyəti qəbuledilməz hesab edir.

"Bu, Rusiya Federasiyasının təhlükəsizliyinə potensial təhdiddir və qaçılmaz olaraq adekvat cavab tədbirləri görəcək", - Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Seçilən
13
unikal.az

1Mənbələr