“Roma”nın argentinalı futbolçusu Leandro Parades bundan sonra ölkəsində çıxış edəcək.
"Football-plus.az" xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Boka Xuiors”a keçib. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Paradeslə 3 illik müqavilə imzalanıb. Leandro ötən mövsüm “Roma”da 32 oyuna 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, DÇ-2022-də Argentina millisi ilə çempion olan futbolçu paytaxt klubunda 2023-cü ildən oynayırdı.
phrase_var_article.topics