AZ

Ucarda qəza oldu - Yaralılar var

Ucarda yol qəzası baş verib, yaralananlar var.

"Unikal"ın  məlumatına görə, hadisə Qaradağlı kəndi istiqamətində baş verib. İki minik avtpmobilinin toqquşması zamanı 3-ü Ucar rayon, biri isə Sumqayıt şəhər sakini olmaqla 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar 1979-cu il təvəllüdlü Kəmalə Rəsulova, 1993-cü il təvəllüdlü İlkin Rəsulov, 1972-ci il təvəllüdlü Pərvanə  Rəsulova və 1991-ci il təvəllüdlü Şərqiyə Quliyeva xəstəxanaya çatdırılıb.Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
37
25
unikal.az

10Mənbələr