“Qarabağ” növbəti transferini reallaşdırdığını rəsmən elan edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi Sami Mmaeeni heyətinə qatıb. Mmaee ilə 1 illik icarə müqaviləsi imzalanıb. 28 yaşlı mərkəz müdafiəçinin son klubu Zaqreb "Dinamo"su olub. Mərakeş əsilli oyunçu karyerası ərzində 204 oyuna çıxaraq 12 qol vurub və 6 qolun ötürməsini edib. Müdafiəçi “Qarabağ”da 3 nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2014-cü ildə Belçikanın “Standard” klubunda başlayan Sami 2017-18-ci illərdə icarə əsasında Niderland təmsilçisi “Maastrixt”in formasını geyib. 2018-21-ci illərdə Belçikanın “Sent-Truden”, 2021-24-cü illərdə Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən müdafiəçi ötən il “Dinamo”ya keçib. Belçikanın U-19 və U-21 yığmalarında forma geymiş Sami 2020-ci ildə debüt etdiyi Mərakeş millisində 10 matç keçirib. O, Çempionlar Liqasının 2024/25 mövsümünün pley-offunda “Dinamo”nun heyətində "Qarabağ"a qarşı hər iki oyunda 90 dəqiqə meydanda olub.
Xatırladaq ki, Ağdam təmsilçisi bunadək daha üç futbolçunu –Dani Bolt (Son klubu "Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuakunu ("Mafra", Portuqaliya) transfer edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta