AZ

"Karvan" nigeriyalı futbolçu transfer etdi - RƏSMİ

Premyer Liqaya vəsiqə qazanan "Karvan" növbəti transferini həyata keçirib.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, nigeriyalı hücumameyilli yarımmüdafiəçi Gavi Thompsonla 1 illik müqavilə imzalayıb.25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq Lagos” klubunda forma geyinib.

Gavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub.Karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 asist etməyə müəssər olub.

saytlarin hazirlanmasi

Seçilən
48
sportal.az

1Mənbələr