“Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında “Sele” (Sloveniya) komandasına iki oyunun nəticəsinə əsasən məğlub olaraq mübarizəni dayandırıb.
“İki sahil” xəbər verir ki, qarşılaşma Sloveniyanın Sele şəhərindəki eyniadlı stadionunda baş tutub.
Görüşün əsas vaxtı Bakı klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Belədə qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Burada “Sele”nin vurduğu qol həlledici olub. Meydan sahiblərindən Franko Kovaçeviç (19 və 49-cu dəqiqələr) və Nikita Yosifov (108-ci dəqiqə) fərqlənib. “Sabah”da isə Coy Lens Mikels (9, 63 və 64-cü dəqiqələr) het-trikə imza atıb.
Xatırladaq ki, komandalar arasında Bakıda baş tutan ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Sabah” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldova təmsilçisi “Petrokub”la qarşılaşacaq.