UEFA Avropa Liqası ilə vidalaşan "Sabah" mübarizəni Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.
İdman.biz xəbər verir ki, Azərbaycan kubokunun qalibi "Petrokub"la üz-üzə gələcək.
Moldova təmsilçisi ilə ilk oyunda iyulun 24-də səfərdə, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək. "Petrokub" turnirin I təsnifat mərhələsində iki görüşün nəticəsinə görıə "Birkirkara"dan (Malta) güclü olub (0:1, 3:0).
Qeyd edək ki, "Sabah" Avropa Liqasının I təsnifat məhələsində "Selye" ilə mübarizədə turnirlə vidalaşıb - 2:3, 3:3.
İdman.biz