AZ

"Pretty little baby"nin ifaçısı öldü

"Pretty little baby" və "Everybody's somebody's fool" hitləri ilə tanınan amerikalı müğənni Konni Frensis 87 yaşında vəfat edib.

 

Sfera.az xəbər verir ki, iki həftə əvvəl şiddətli ağrı səbəbindən xəstəxanaya yerləşdirilən ifaçı müalicə aldığı klinikada dünyasını dəyişib.

 

Frensisin ölümünü sosial mediada dostu və musiqi hüquqları üzrə meneceri Ron Roberts təsdiqləyib.

 

Qeyd edək ki, müğənni 1950-1960-cı illərin ən uğurlu qadın müğənnilərindən biri kimi şöhrət qazanıb.

 

 

Seçilən
91
sfera.az

1Mənbələr