AZ

Trampda xəstəlik aşkarlanıb — Ağ Ev

ABŞ Prezidenti Donald Trampın ayaqlarında yüngül şişkinlik və əlində göyərmələr müşahidə olunduqdan sonra onda xroniki venoz çatışmazlıq diaqnozu qoyulub. Bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt məlumat verib.

Ultrasəs və damar müayinələri tromboz və ya arteriya tıxanıqlığı əlamətlərini aşkar etməyib.

Həkimlər xəstəliyin 70 yaşdan yuxarı şəxslər üçün xarakterik olduğunu bildiriblər.

Əlindəki göyərmələr isə “tez-tez salamlaşmadan yaranan yüngül toxuma zədələnməsi” ilə izah olunub.

Prezidentin şəxsi həkimi Trampın ümumi sağlamlıq vəziyyətini “əla” kimi qiymətləndirib və onun aktiv həyat tərzinin rolunu vurğulayıb.

N.Təbrizli

Seçilən
19
anews.az

1Mənbələr