AZ

Trampın səhhətində problem yarandı...-Əlindəki qançırlar nədir?..-Ağ Ev bəyanat yaydı...

ABŞ prezidenti Donald Trampa 79 yaşlı Amerika liderinin "baldırlarında kiçik şişkinlik" şikayətindən sonra xroniki venoz çatışmazlıq diaqnozu qoyulub.
 
Moderator.az "TSN"-ə istinadla  xəbər verir ki, bu barədə cümə axşamı, iyulun 17-də Ağ Evin bəyanatına istinadla "CNN" telekanalı məlumat yayıb.
 
Prezidentin mətbuat katibi Kerolayn Livit Trampın son həftələrdə "baldırlarında yüngül şişkinlik hiss etdikdən" sonra Ağ Evin tibb bölməsində "diaqnostik damar tədqiqatları da daxil olmaqla hərtərəfli qiymətləndirmədən" keçdiyini söyləyib.
 
 
Prezidentin həkimi Şon Barbabelanın daha sonra Ağ Ev tərəfindən dərc edilmiş məktubunda qeyd olunur ki, “aşağı ətrafların damarlarının ikitərəfli doppler ultrasəs müayinəsi aparılıb ki, bu da xroniki venoz çatışmazlığı, xüsusilə 70 yaşdan yuxarı insanlarda xoşxassəli və ümumi vəziyyəti aşkar edib”.
 
Tramp həmçinin exokardioqramma da keçirib.
 
Barbabella yazıb: "Ürək çatışmazlığı, böyrək disfunksiyası və ya sistemli xəstəlik əlamətləri aşkar edilmədi".
 
K. Livit əlavə edib ki, prezident "heç bir narahatlıq hiss etmir".
 
Mətbuat katibi həmçinin prezidentin əlinin arxasında görünən qançırlara diqqət çəkib və bunu onun "tez-tez əl sıxması" və aspirindən istifadə etməsi ilə əlaqələndirib.
 
"Bu, tez-tez əl sıxma və aspirin istifadəsindən yaranan kiçik yumşaq toxumaların qıcıqlanmasına uyğundur, bu, standart ürək-damar profilaktikası rejiminin bir hissəsi kimi qəbul edilir",- deyə Barbabellanın yazısında bildirilib..
 
Məktubda “Prezident Trampın səhhətinin əla olduğu” qeyd edilib.
Seçilən
18
moderator.az

1Mənbələr