AZ

Naxçıvanda 4 məzun qızıl nişana layiq görülüb - FOTOLAR

4 məzun qızıl nişana layiq görülüb.

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikasın Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb.

Əmrə uyğun olaraq Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin məzunu Oruc Heydərov, Şahbuz Rayon Badamlı qəsəbə tam orta məktəbinin  məzunu Səma İsmayılova, Naxçıvan Qarnizonu tam orta məktəbinin məzunları Fidan Ağazadə və Fidan Bədəlova qızıl nişana layiq görülüblər.

Seçilən
30
azedu.az

1Mənbələr