AZ

Azərbaycan buğda idxalını 50%-dən çox artırıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən602 min 255 ton buğda idxal edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda buğdanın idxalına 130,661 milyon ABŞdolları vəsait xərclənib.

Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 216 min 233 ton və ya 56%, dəyər ifadəsi ilə isə 45,482 milyonABŞ dolları, yaxud da 53,4% artıb.

2024-cü ilin birinci yarısında Azərbaycana xarici ölkələrdən 386min 22 ton miqdarında, 85,179 milyon ABŞ dolları dəyərində buğdaidxal edilmişdi.

Hesabat dövründə ölkəyə idxal edilmiş buğda ümumi idxalın1,13%-ini təşki edib.

Seçilən
42
2
az.trend.az

2Mənbələr