AZ

İsrailin Suveyda hücumunun pərdəarxası: Türkiyə üçün böyük təhlükə

İsrailin Suriya ərazisində, o cümlədən druzların məskunlaşdığı əs-Suveyda və Dəməşqə etdiyi hücumlar təkcə hərbi əməliyyat deyil, strateji və dini motivlərlə əlaqələndirilir. Hədəf alınan bölgələrdən biri Osmanlı dövründə “Məcdəl Səvdə” kimi tanınan Suveydanın adının Əhdi-Cədiddə çəkilməsi hadisəyə dini simvolizm qatır.

Publika.az verir ki, bu barədə “Milliyət” məlumat yayıb.

Qəzetə danışan professor Zəkəriyyə Kurşunun sözlərinə görə, İsrailin bölgəyə marağı təkcə təhlükəsizliklə bağlı deyil, həm də dini mənbələrə əsaslanan genişlənmə planları ilə əlaqədardır. Druzların yaşadığı ərazilərə nəzarət isə İsrailin bölgədəki balansı dəyişmək istəyi ilə izah olunur.

O vurğulayıb ki, İsrail Qəzzadakı hərbi əməliyyatlarını regional münaqişəyə çevirərək yeni sərhədlər formalaşdırmaq niyyətindədir:

"İsrail regionda sabitliyi pozmağa çalışaraq, bölgədəki mövcud qüvvələr balansını pozmaq istəyir. İsrailin mövcud vəziyyəti bir az da öz xeyrinə irəlilətməsi, Türkiyə üçün də narahatlıq doğurur. Bu məqamda Türkiyə təcili olaraq digər müsəlman ölkələri ilə birləşməyə və bölgədə sülhün bərqərar olmasına çalışmalıdır”.

Ekspertlər İsrailin bu addımlarının arxasında həm də daxili siyasi məqsədlər gördüklərini qeyd edir. Netanyahunun məhkəməsi ərəfəsində baş verən bu hücumların, onun siyasi gündəmi dəyişmək üçün bir manevr olduğu ehtimal olunur.

Seçilən
6
1
publika.az

2Mənbələr