AZ

Zeytun möcüzəsi: Kiçik meyvədən böyük faydalar

Zeytun sağlam yağlar, antioksidant maddələr və E vitamini ilə zəngin tərkibi sayəsində bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.


Pravda.az bildirir ki, araşdırmalara əsasən, zeytun ürək-damar sağlamlığını qoruyur, xərçəng riskini azaldır və tip 2 şəkərli diabetə qarşı qoruyucu təsir göstərir.


Zeytundakı əsas yağ turşusu olan olein turşusu (oleik asid), pis xolesterolu azaldaraq qan təzyiqini tənzimləyir. Eyni zamanda zeytundakı antioksidantlar – oleuropein, hidroksitirosol və kversetin – hüceyrələri sərbəst radikalların zədələyici təsirindən qoruyur.


Zeytun həmçinin sümük əriməsi (osteoporoz), Alzheimer və iltihabi xəstəliklərin qarşısının alınmasında da faydalı hesab olunur. Kalorisi az, lif və faydalı yağlarla zəngin olduğu üçün zeytun arıqlamaq istəyənlər üçün də uyğundur.


Qeyd edək ki, duzlu suda saxlanılan zeytunlar təzyiq və şəkər xəstələri üçün diqqətlə istehlak edilməlidir.


Əminə Bayramova 

Tarix: 18 İyul 2025, 13:15   
Seçilən
27
2
pravda.az

3Mənbələr