AZ

ISU idmançının Azərbaycan yığmasına keçidinə imtinanı şərh edib

Beynəlxalq Konkisürmə İttifaqının (ISU) mətbuat xidməti fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan millisinə keçidinə imtina verilməsi ilə bağlı açıqlama yayıb.

İdman.biz xəbər verir ki, daha əvvəl Jilinanın Azərbaycan bayrağı altında çıxış etməsi üçün müraciət etdiyi, lakin ISU tərəfindən bu keçidin təsdiqlənmədiyi məlum olub.

Rusiya Fiqurlu Konkisürmə Federasiyası (FFKKR) da artıq Azərbaycan pasportu alan 17 yaşlı Jilinanın idman vətəndaşlığını dəyişməsinə razılıq verməyib.

Vseprosport.ru saytı ISU-nun açıqlamasını belə təqdim edib: "ISU əvvəl Rusiya adından çıxış edən Veronika Jilinanın gələcəkdə ISU yarışlarında Azərbaycanı təmsil edə bilməsi üçün Azərbaycan Qış İdman Növləri Federasiyasından üzvlük statusunun dəyişdirilməsinə dair rəsmi müraciəti qəbul edib. Müraciət ISU-nun qaydalarına uyğun olaraq, qurumun şurası tərəfindən araşdırılıb. Təqdim olunan sənədlər və vəziyyət ətraflı təhlil edildikdən sonra ISU Şurası müraciətin rədd edilməsi barədə qərar verib".

İdman.biz

Seçilən
38
idman.biz

1Mənbələr