AZ

Bu ölkə immiqrantlara qarşı şərtləri sərtləşdirdi

Belçika parlamenti ölkəyə gələn immiqrantların sayını azaltmaq üçün yeni qaydaları təsdiqləyib.
 
7News.Az "Belqa" xəbər agentliyinə istinadən xəbər verir ki, parlament gəlir tələbini ləğv edib, əvəzində yaş həddini artırıb, gözləmə müddətini də uzadıb.

Qanuna əsasən, ailənin birləşməsi üçün müraciət edənlərdən indi zəmanətli minimum gəlirin ən azı 10%-ni qazanmalı və hər bir ailə üzvü üçün əlavə 10%-ni təmin etmələri tələb olunacaq.
 
Elan edilmiş məbləğ təxminən € 2,323 (təxminən 5 min manat) olan cari minimum gəlir əsasında hesablanacaq.
 
Yeni tənzimləmə həmçinin qaçqınların ailə üzvlərinin qeyd-şərtsiz birləşmə müddətini qısaldır və ya tamamilə ləğv edir. Bundan başqa, yeni gələn əcnəbilərin ailə üzvlərini qəbul edə bilmələri üçün tələb olunan gözləmə müddəti uzadılıb. 
 
 

Seçilən
37
7news.az

1Mənbələr