Boks üzrə dünya çempionu Aleksandr Usik təlim-məşq toplanışına görə uzun müddət ayrı qaldığı həyat yoldaşı ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdən çəkilmiş fotoları Usikin həyat yoldaşı sosial şəbəkədə paylaşıb.
Ukraynalı idmançı bir neçə ay ABŞ-da öz üzərində çalışıb, Yekaterina isə uşaqları ilə İspaniyada yaşayır. Bir neçə aylıq həsrətdən sonra cütlük nəhayət yenidən bir araya gəlib.
Yekaterina Londona uşaqlarsız gəlib, lakin özü ilə Tayson Fury ilə döyüşə gətirdiyi əfsanəvi talismanı - oyuncaq eşşəyi götürüb.
Xatırladaq ki, iyulun 19-dan 20-nə keçən gecə Londonun əfsanəvi “Uembli” stadionunda Usik Dyubuya ilə qarşılaşacaq.