Bakı. Trend:
İyulun 16-17-də Türkmənistan Xalq Məsləhətinin sədri, ölkəninsabiq prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmisəfəri və ardınca Prezident İlham Əliyevlə birgə Qarabağa - Füzulivə Şuşaya səfəri Azərbaycan-Türkmənistan münasibətlərinin yüksəksəviyyədə olduğunu bir daha təsdiqlədi. Bu səfər təkcə iki dövlətinliderləri arasında dostluğun təcəssümü deyil, həm də ümumilikdətarixi, siyasi, iqtisadi və mədəni əlaqələrin getdikcə daha dadərinləşdiyini göstərir.
Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.
"Azərbaycanla Türkmənistanı minilliklərə söykənən ortaq türkkimliyi, dil, din və ənənələr birləşdirir. Hər iki xalqın ortaqetnik kökləri, mədəni irsi, folkloru və klassik ədəbiyyatı bu gündə qarşılıqlı anlaşma və əməkdaşlıq üçün möhkəm zəmin yaradır.Mədəni sahədə əməkdaşlıq son illərdə daha da fəallaşıb.Azərbaycanda keçirilən Türkmən mədəniyyəti günləri, Türkmənistandatəşkil olunan Azərbaycan mədəni irsinə həsr edilmiş tədbirlər,muzeylər və arxivlər arasında təmaslar bu yaxınlığın ifadəsidir.Berdiməhəmmədovun Şuşada Qarabağın simvollarına — ÜzeyirHacıbəylinin, Bülbülün güllələnmiş heykəllərinə, eləcə də, Bülbülünev-muzeyinə baş çəkməsi bu mənada simvolik addımdır — bu, həm dəbir türk qardaşının Azərbaycanın yaralı yaddaşına göstərdiyiehtiramdır", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan hər zamanbir-birinin müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşıb vədəstəkləyib.
"Türkmənistan Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünühər zaman dəstəkləyib. 44 günlük Vətən müharibəsindən sonraAzərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinəmaraq göstərən ilk türk dövlətlərindən biri də məhz Türkmənistanoldu. Berdiməhəmmədovun bu günlərdə Füzuli və Şuşaya səfəri budəstəyin canlı sübutudur. İki lider – Prezident İlham Əliyev vəTürkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovarasında formalaşmış şəxsi dostluq əlaqələri dövlətlərarasımünasibətlərə də çox müsbət təsir edir. Berdiməhəmmədovun səfəriçərçivəsində Şuşada Cıdır düzündə “Dostluq” adlı Qarabağ atının onahədiyyə edilməsi də önəmli hadisə oldu. Bu, həm simvolik, həm dədiplomatik anlam daşıyır: Qarabağ atı - Azərbaycanın millisərvətidir və türkmən liderə hədiyyə edilməsi türk birliyininqardaşlıq ruhunu bir daha vurğuladı", - o bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycan və Türkmənistan arasındaenerji sahəsində də əməkdaşlıq xüsusilə diqqətəlayiqdir.
"Son illərdə Xəzər dənizindəki “Dostluq” yatağının birgəişlənməsi ilə bağlı əldə olunan razılaşma iki ölkənin enerjiəməkdaşlığında dönüş nöqtəsi oldu. Bu layihə təkcə iqtisadi deyil,həm də geosiyasi əhəmiyyətə malikdir: iki Xəzəryanı ölkəninəməkdaşlığı regionda yeni əməkdaşlıq formatlarının və nəqliyyatmarşrutlarının formalaşmasına yol açır.
Bununla yanaşı, nəqliyyat-logistika sahəsində, xüsusiləTrans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz)çərçivəsində əməkdaşlıq daha da güclənməkdədir. Türkmənistanlimanları ilə Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxışimkanları, Azərbaycan üzərindən yükdaşımaların artması hər ikiölkənin iqtisadi strategiyalarına uyğundur. Eyni zamanda, sənaye,kənd təsərrüfatı, rəqəmsal texnologiyalar sahəsində də birgəlayihələr üzrə danışıqlar aparılır", - o bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan və Türkmənistan həm BMT, həmdə Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı (TDT) kimiqurumlar çərçivəsində sıx əməkdaşlıq edir. Türkmənistanın neytralstatusuna uyğun olaraq regionda sabitlik və əməkdaşlığın təşviqindəoynadığı rol Azərbaycanın təşəbbüsləri ilə üst-üstə düşür. XüsusiləTürk Dövlətləri Təşkilatı daxilində iki ölkənin daha aktiv və çevikkoordinasiyası türkdilli dövlətlərin inteqrasiyasınıgücləndirir.
"Qurbanqulu Berdiməhəmmədovun Füzuli və Şuşaya səfəriprotokoldan çox daha artıq məna kəsb edir. Bu, həm dostluğunkonkret ifadəsi, həm də regiona ünvanlanan siyasi mesajdır: Qarabağartıq Azərbaycanın nəzarətindədir və bu ərazilər bərpa olunur,dirçəlir. Şuşadakı “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq,Yuxarı Gövhər Ağa məscidi, yeni inşa edilən Şuşa məscidi,Mehmandarovların malikanəsi və digər məkanlara baş çəkmək həmAzərbaycan tarixinin dərinliklərinə hörmətdir, həm də mədənidirçəlişə verilən önəmin göstəricisidir. Bu səfər türkmən xalqınında Azərbaycanın ədalətli mövqeyinə dəstək verdiyini göstərdi", - obildirib.
A.Qarayev vurğulayıb ki, Azərbaycan və Türkmənistanmünasibətləri strateji, dostluq və qardaşlıq üzərində qurulmuşnadir əlaqələrdəndir.
"İkitərəfli əməkdaşlıq artıq yalnız rəsmi sənədlərlə yox,liderlərin birgə səfərləri, simvolik jestləri və xalqlararasıyaxınlıqla ifadə olunur. Berdiməhəmmədovun Qarabağa səfəri bumünasibətlərin emosional və strateji dərinliyini bir daha nümayişetdirdi. Gələcəkdə Xəzərin iki sahilində yerləşən bu iki türkdövləti birgə layihələrlə daha sıx inteqrasiyaya doğruirəliləyəcəklər", - politoloq əlavə edib.