AZ

Uşaq oyuncağında iblis izləri? – "Labubu" ilə bağlı ŞOK İDDİA

"Labubu" oyuncaqlarının bəzi sahibləri "iblis nəzəriyyəsi"nə görə bu kuklaları yandırırlar.

News24.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "MustShare News" nəşri məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan şayiələrə görə, "Labubu" oyuncaqlarının Mesopotamiya mifologiyasındakı iblis - "Pazuzu" obrazı ilə əlaqəli olduğu iddia edilir. "Pazuzu" ənənəvi olaraq aslan sifətində, qabarıq gözlü, qanadlı və quş pəncəli şəkildə təsvir olunur. O, bədbəxtlik və fəlakət gətirən cənub-qərb küləyinin hökmdarı hesab edilir.

Bəzi istifadəçilər bildirirlər ki, "Labubu"nun görünüşü - xüsusilə qabarıq gözləri və hiyləgər təbəssümü iblisin təsvirini qorxulu şəkildə xatırladır. Bu əlaqə "Pazuzu"nun 1973-cü ildə çəkilən "The Exorcist" ("Şeytanı qovan") adlı kult filmində görünməsindən sonra daha çox rezonans doğurub. Həmin filmdə Pazuzu azyaşlı bir qızın ruhunu ələ keçirən pis varlıq kimi təqdim olunurdu.

KİV-lərdə yayılan məlumatlara görə, bəzi "Labubu" sahibləri bu nəzəriyyədən o qədər qorxublar ki, oyuncaqların "şeytani enerji" daşıya biləcəyini düşünərək onları yandırmağa başlayıblar.


Seçilən
91
news24.az

1Mənbələr