AZ

Bu tarixdən Təbrizdən Bakıya birbaşa uçuşlar başlayır

Avqustun 11-də Təbriz-Bakı-Təbriz marşrutu üzrə birbaşa uçuşlar açılacaq. 

"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. 

Məlumata görə, uçuşlar İranın milli aviaşirkəti (İran Air) tərəfindən həyata keçiriləcək. 

Uçuşların həftəlik olaraq həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, AZAL bundan öncə Təbrizə birbaşa uçuşları planlaşdırırdı. İranla İsrail arasındakı müharibə planlaşdırılan uçuşların ləğvinə səbəb olmuşdu. 

Ağarza Elçinoğlu 

Seçilən
4
unikal.az

1Mənbələr