İndoneziya Prezidenti Prabovo Subiantonun “Bobby Kertanegara” adlı pişiyi dövlət tərəfindən qorunur.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Dövlət Katibliyinin müavini Curi Ardiantoro məlumat verib.
Onun sözlərinə görə, dövlətin vəzifəsi yalnız prezidentin deyil, həm də ona məxsus əmlakın təhlükəsizliyini təmin etməkdir. “Dövlət onun (pişiyin) mühafizəsini təmin edə bilərmi? Əlbəttə, edə bilər. O zaman bu etirazlar nəyə lazımdır?”, – deyə Ardiantoro Tempo portalına açıqlamasında bildirib.
Məsələ, Cakartada keçirilən bir tədbirdə prezident pişiyinin bir neçə polis tərəfindən mavi xalça üzərində uşaq arabasında aparılmasını əks etdirən videonun ictimai rezonans doğurmasından sonra gündəmə gəlib.
Məlumata görə, Bobby 2017-ci ildə küçədən götürülüb.