Bakı. Trend:
Suriyada baş verən prosesləri yaxından izləyirik.
Trend xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuatkatibi Ayxan Hacızadə İsrail-Suriya qarşıdurması ilə bağlı yerlimedianın sualına cavabında deyib.
"Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə vəsiyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik.
Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunmasımütləq dərəcədə vacibdir", - o bildirib.