AZ

Dünya Yay Universiadasının ikinci yarış günündə Azərbaycanın dörd üzgüçüsü mübarizə aparıb

Berlin, 18 iyul, AZƏRTAC

Almaniyanın ev sahibliyi etdiyi Dünya Yay Universiadasının ikinci yarış günündə Azərbaycanın dörd üzgüçüsü mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, Berlində keçirilən üzgüçülük yarışlarında bu gün Fatimə Alkərəmova, Nihad Yusibov, Rəşad Alquliyev və Səid Həmidov çıxış ediblər.

Fatimə Alkərəmova 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında 5.6.98 saniyəlik nəticə ilə 23 idmançı arasından 17-ci olub. Universiadada 100 metr məsafəyə arxasıüstə üzmə yarışında Rəşad Alquliyev (58.79) 33-cü, və Nihad Yusibov (1.02.55) isə 37-ci olublar. Səid Həmidov isə 200 metr məsafəyə qarışıq üsulla üzmə yarışında məsafəni 2.07.91 dəqiqəyə qət edib. İdmançı bu nəticə ilə şəxsi rekordunu (2.08.22) yeniləyib.

Qeyd edək ki, Universiadaya iyulun 27-də yekun vurulacaq.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berıin
Seçilən
80
azertag.az

1Mənbələr