AZ

Bakıda yeni yolun tikinisi nə yerdədir?VİDEO

Həsən Əliyev küçəsi və ''Koroğlu'' metrostansiyası avtomobil yolunun tikinisi sürətlə aparılır.

Xezerxeber.az-ın məlumatına görə, ümumilikdə layihə üzrə işlərin 20-30% -i görülüb.

Yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilərək, Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən inşa edilir. Havanın isti olması səbəbi ilə açıq havada deyil, tunellərdə işlərə daha çox üstünlük verilir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Ncəfli bildirdi ki, Əliyar Əliyev küçəsi ilə yeni yolun kəsişməsində uzunluğu 410 metr olan tunelin tikinti işləri də icra olunur. 

Layihəyə uyğun olaraq 3-cü km-lik hissədə və Mirzə Uluqbəy küçəsində isə yeraltı piyada keçidlərinin inşası aparılır.

Qeyd edək ki, tikinti işləri ilə bağlı sözügedən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.

Yolun ilyarıma istifadəyə verilməsi planlaşdırılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
2
xezerxeber.az

1Mənbələr