İsrail Müdafiə Ordusu HƏMAS-ın 2023-cü il oktyabrın 7-də törədilən terror aktında əli olan Dərrac Tuffah batalyonunun komandiri Məhəmməd Uteni məhv edib.
Axar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, M.Ute 7 oktyabrda amansız qırğın zamanı İsrail ərazisinə soxulub və müharibə zamanı qoşunlara qarşı çoxsaylı terror aktları həyata keçirib.