AZ

İnfarktdan ölənlərin çoxu niyə gənclərdir?-ürək-damar cərrahından VACİB AÇIQLAMA

İnfarktdan, ürək-damar xəstəliklərindən niyə artıb? Başqa bir üzücü məqam isə budur ki, infarkt gəncləşməyə başlayıb. Bütün dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri birinci sırada gəlir. Bir çox hallarda damarla bağlı problemlər heç bir ciddi əlamətlə özünü büruzə vermir və nəticədə insanlar problemdən xəbərsiz olurlar. Bu isə çox təhlükəlidir.
 
Millət vəkili, ürək-damar cərrahı Rəşad Mahmudov Moderator.az-a bildirib ki, ölkəmizdə də son 10 ildə infarktdan ölüm halları artıb. Xəstəlik ən çox gənclərdə rast gəlinir:
“Bunun əsas səbəbləri içərisində əlbəttə ki, qeyri-sağlam qidalanma, xüsusən təzyiqin nəzarətdə saxlanılmaması, eləcə də şəkərli diabet və metobolik sendromun daha çox insanlarda müşahidə olunması, siqaret istifadəsinin çoxluğu, sənayə və şəhərləşmə ilə birlikdə insanların fiziki aktivliyinin azalması, stressin artması bütün bu amillər dünyada bilinən risk faktorları olaraq problem yaratmaqdadır. Müalicə strategiyasının artırılması bu mübarizədə bizi uğurlu edə bilməz. Ən əvvəl problemin qarşısını almaq, profilaktik tədbirlərin görülməsi hər ölkədə bu xəstəliklərlə mübarizədə ən vacib yollardan biridir. Özümüzü infarktdan qoruya bilərik. Bunun üçün ilk olaraq zərərli vərdişlərdən uzaq durmalıyıq. Bununla yanaşı insanların əməl etməli olduğu məqamlar da var. Fiziki aktivliyi artırmaq, stressdən uzaqlaşaraq həyat tərzi dəyişiklikləri, qidalanma rasionunda təbii qidalardan və doğru istifadə, zərərli vərdişlərdən uzaq qalmaq və ən əsası təzyiqin nəzarətdə saxlanılması, təzyiq dərmanlarının doğru və sistemli istifadəsi ilə mümkün qədər infartkdan qorunmaq olar. Son 30-50 il ərzində dünyada qida təhlükəsizliyi mövzusunda, xüsusən süni qidaların dövrəyə girməsi ilə birlikdə çox erkən yaşda metabolik sendromun əmələ gəlməsi və buna bağlı risk infarkt və insult kimi problemlərin daha erkən yaşlara gəlməsinə səbəb ola bilir” deyə Rəşad Mahmudov bildirib.
 
Rəşad Mahmudov bildirib ki, sağlamlığımızı qorumaq öz əlimizdədir. Fiziki aktivliklə yanaşı psixoloji vəziyyətimizi də nəzarətdə saxlamalıyıq. Gərgin şəraitdə çalışmaq, qorxu və ailədaxili qayğılar da infarkt riskini artıran əsas faktorlardandır.
Seçilən
70
36
moderator.az

10Mənbələr