AZ

Polis maşınına ziyan vurub tabesizlik göstərən sürücü həbs edildi - FOTO

Bəzi sosial şəbəkə səhifələrində “Vaz 2106” markalı avtomobil sürücüsünün hüquqazidd hərəkətləri ilə bağlı iddialar yayılıb. İddialara cavab olaraq Bakı Şəhər DYP İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, 09.06.2025-ci il tarixdə konstruksiya dəyişikliyi etdiyi “Vaz 2106” markalı, 44-CX-895 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nəcib Mənsimov barəsində hüquqi tədbirlərin görülməsinə mane olmağa cəhd edərək avtomobilinin  özünün və yol patrul xidməti avtomobilinə ziyan vurub. Tabesizlik göstərən şəxsin hüquqazidd əməllərinin qarşısı alınaraq saxlanılıb və aidiyyəti üzrə təhvil verilib. N.Mənsimov barəsində toplanılmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.

FOTO QALEREYA
Seçilən
45
avtosfer.az

1Mənbələr