Türkiyəli müğənni Bengü son paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, ifaçı evli kişilərin qadınlarla dostluğunu qəbul etmədiyini açıqlayıb:
"Kızılcık şerbeti" serialının böyük fanatıyam. Orada evli kişiyə yaxınlaşan qadının davranışı diqqətimi çəkdi. Belə bir şey yaşamamışam və heç kimə də söz atmıram. Amma elə qadınlar var ki... Bu "səkkizayaqlı xanımlar" birdən dost kimi görünür və kişiləri qucaqlayır. Heç kim ərimlə ən yaxın dost ola bilməz. Keçmiş həyat yoldaşımın da ən yaxşı qadın dostu olmayıb. Evli kişinin qadın dostu ola bilməz. Amma o vaxt tam anlamadığım bu səkkizayaqlı xanımları ətrafımda saxlamış ola bilərəm. Xoşbəxtlikdən onlarla heç bir əlaqəm olmayıb. Qadınlar məni başa düşəcəklər, onlar həqiqətən də var. Sən mənim həyat yoldaşımla necə ən yaxın dost ola bilərsən?".
Qeyd edək ki, Büngü iş adamı Selim Selimoğlu ilə 6 illik evliliyini 2024-cü ildə sonlandırıb. Onların 2 övladı var.