Azərbaycan ABŞ-la yenidən dost münasibətlərinin olacağına ümid edirik.
Ölkə.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı zamanı bildirib.
“Bizim nümayəndələr əlaqə saxlayır. Hesab edirəm ki, düzgün istiqamətdəyik”.
Dövlət başçısı qeyd edib ki, ABŞ-nin əvvəlki administrasiyası əlaqələri uçuruma aparıb.
“Ukrayna məsələsində ərazi bütövlüyünə dəstək verirdilər, amma bizə belə münasibət yox idi. Bayden dövründə dost hesab edilməyən addımlar atılırdı”.