AZ

Vilyam Karvalyo “Betis”dən ayrıldı

33 yaşlı portuqal mərkəz müdafiəçisi Vilyam Karvalyo “Betis”lə müqaviləsinin başa çatması ilə azad agent qismində klubu tərk edib.

Arena.az bu barədə “Betis”in mətubat xidmətinə istinadən məlumat verir.

Vilyam Karvalyo Lissabon “Sportinq”inin məzunudur. Müdafiəçi, karyerası ərzində həmçinin icarə əsasında “Fatima” və “Serkl Brügge”də, eləcə də tamhüquqlu əsasda “Betis”də çıxış edib.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Karvalyo “Betis” üçün məhusdar fəaliyyəti ilə diqqət çəkmədiyi 15 oyun keçirib.

Karvalyo 2013-cü ilin noyabr ayında debüt etdiyi Protuqaliya yığmasının heyətində 80 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Karvalyo “Sportinq”lə Portuqaliya Kubokunun (2015) və Liqa Kubokunun (2017/2018), “Beis”lə isə İspaniya Kubokunun (2021/2022) qalibi olub. Karvalyu həmçinin Portuqaliya yığması ilə Avropa Çempionatının (AÇ-2016) və UEFA Millətlər Liqasının (2019) qalibi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı portuqal mərkəz müdafiəçisinin transfer dəyərini 1,50 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
70
arena.az

1Mənbələr