AZ

ABŞ Patriot sistemlərinin bölgüsündə prioritetləri dəyişir – Ukraynaya verənlərə növbəsiz təminat

ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası Amerikanın silah tədarükü siyasətində yeni prioritetlər müəyyənləşdirir.

KONKRET.az xəbər verir ki, The Wall Street Journal nəşrinin məlumatına görə, indi Ukraynaya “Patriot” zenit-raket komplekslərini təhvil verən ölkələr həmin sistemlərin ABŞ-dan yeni partiyasını növbədənkənar alacaqlar.

Qəzet qeyd edir ki, Almaniya artıq bu üstünlükdən faydalanıb – rəsmi Berlin Ukraynaya iki “Patriot” sistemi göndərmək barədə razılığa gəlib və bunun müqabilində ABŞ ona yeni sistemləri prioritetli qaydada təhvil verəcək.

Bununla belə, WSJ yazır ki, Almaniyanın arsenalının tam bərpası illərlə vaxt ala bilər. Bu mexanizm Ukraynaya silah tədarükünü sürətləndirsə də, eyni zamanda Vaşinqtonun müttəfiqləri üzərində təzyiqləri artırır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
55
konkret.az

1Mənbələr