AZ

Dənizdə boğulan gənc belə xilas edildi- VİDEO

Bakının Binəqədi rayonunun Həmzə Babaşov küçəsini Nərimanov rayonunun Vladimir Mayakovski küçəsi ilə əlaqələndirən 26 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb. Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci il Çin istehsalı olan “Foton” markalı 5 müasir, komfortlu və iritutumlu avtobus iyulun 20-dən daşımalara cəlb ediləcək. "Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək", - məlumatda qeyd olunub. Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

Seçilən
55
avtosfer.az

1Mənbələr