AZ

Qəzzada yol kənarında quraşdırılmış bomba partladı - İki nəfər yaralandı

BAKI, 19 iyul. TELEQRAF

Qəzza zolağında yol kənarında quraşdırılmış partlayıcının partlaması nəticəsində ehtiyatda olan iki mühəndis ağır yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hərbçilər avtomobildə hərəkət edərkən partlayıcı qurğu işə düşüb.

Seçilən
45
teleqraf.com

1Mənbələr