AZ

Lerik sakini Bakıdakı Şəhidlər Xiyabanına piyada yürüşə çıxdı

Lerik rayon sakini Bakıdakı Şəhidlər Xiyabanına piyada yürüşə çıxıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, rayonun Durğan kənd sakini, 66 yaşlı Əligülla Əbülfətov yaşadığı kənddən Bakı şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etmək üçün piyada yürüşə başlayıb.

Onun sabah səhər saatlarında Şəhidlər Xiyabanına çatacağı gözlənilir.

Qeyd edək ki, yaşadığı kənddən xiyabana olan məsafə 360 kilometrdir və artıq o, 4 gündür ki, yoldadır.

Seçilən
42
avtosfer.az

1Mənbələr